İsrailin baş naziri Benyamin Netanyahu bütün hərbi qüvvələrini işə salacaqlarını açıqlayıb və Qəzza sakinlərinə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Netanyahu mülki vətəndaşlara bölgəni tərk etmələrinə dair çağırış edib.
"Bu qara günün qisasını ən sərt formada alacağıq. HƏMAS-ı daha öncə heç vurmadığımız şəkildə vuracağıq. HƏMAS-ın ətrafındakı mulki şəxslər dərhal o bölgələri tərk etməlidir", - deyə bildirib.