İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın 7-8 məntəqədə radikallarla (HƏMAS yaraqlıları) aktiv toqquşmalar davam edir, İsrail ordusu günün sonuna qədər bu ərazilərə tam nəzarəti ələ keçirəcəyini gözləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Riçard Xext məlumat verib.
“Qəzza ətrafında 7-7 açıq yer var ki, orada əsgərlərimiz hələ də terrorçularla mübarizə aparırlar”, – sözçü bildirib.
Xext qeyd edib ki, desant briqadası inadkar döyüşlər aparır, komandirlər və əsgərlər yaşayış məntəqələrində axtarış və terrorçulara qarşı mübarizə aparır.
İsrail ordusu və HƏMAS yaraqlıları arasında döyüşlər gecə boyu davam edib.