İsrail Misirin HƏMAS-ın hücum planlaşdırdığına dair xəbərdarlığına məhəl qoymayıb.
Teleqraf.com xəbər verir ki, bunu Misir kəşfiyyatının adının açıqlanmasını istəməyən bir rəsmisi “Associated Press”ə deyib.
Misirli kəşfiyyat zabiti vurğulayıb ki, Qahirə İsraillə HƏMAS arasında vasitəçi rolunda çıxış edərək, dəfələrlə Təl-Əvivlə əlaqə saxlayıb.
“Biz onlara xəbərdarlıq etdik ki, bu, partlayıcı durumdur, böyük bir şey olacaq”, - anonim mənbə deyib.