10 Oktyabr 2023 11:11
6 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS-ın yüksək rütbəli liderlərinin yalnız məhdud dairəsi keçən həftəsonu İsrailə qarşı genişmiqyaslı işğal planlarından xəbərdar idi.

Teleqraf.com xəbər verir ki, bunu HƏMAS liderlərindən biri Əli Bərakə “Associated Press”ə deyib.

“Yalnız bir neçə - altı HƏMAS komandiri “sıfır saat” haqda bilirdi”, - Bərakə bildirib.

O, hücumun HƏMAS komandirləri tərəfindən təxminən bir ildir planlaşdırıldığını, hətta qruplaşmanın ən yaxın müttəfiqlərinin belə hücumun vaxtı barədə əvvəlcədən məlumatlandırılmadığını iddia edir. HƏMAS üzvü həmçinin İran kəşfiyyatının hücumun planlaşdırılmasına kömək etməsi ilə bağlı məlumatı yalanlayıb. Bərakə İran və “Hizbullah”ın əvvəllər HƏMAS-a kömək etdiyini bildirib, amma əlavə edib ki, 2014-cü ildə Qəzza müharibəsindən bəri HƏMAS öz raketlərini özü istehsal edir və öz döyüşçülərinə təlim keçir.

Eyni zamanda, o, hücumun ABŞ-ın İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq səylərini pozmaq məqsədi daşıdığını inkar edir. Onun sözlərinə görə, hücum radikal sağçı İsrail hökumətinin son bir ildə həyata keçirdiyi bir sıra tədbirlərə cavab idi.

Bərakə iddia edir ki, hətta HƏMAS-ın özü də hücumunun uğurlu olmasından şoka düşüb, çünki İsrailin hücumu tez bir zamanda lokallaşdıra, irəliləyişin qarşısını ala biləcəyini gözləyib.

“Bu böyük çöküş bizi təəccübləndirdi. Bir az qənimət əldə etməyi və mübadilə üçün əsir götürməyi planlaşdırdıq. Bu ordu kağızdan pələng imiş”, - HƏMAS üzvü vurğulayıb.

Bərakə HƏMAS-ın İsraillə uzunmüddətli müharibə aparmağa hazır olduğunu, təkcə Qəzzada 40 min döyüşçünün, eləcə də uzun müddət bəs edəcək raket arsenalının olduğunu söyləyib. O, həmçinin Qəzzanın ələ keçiriləcəyi təqdirdə İran və “Hizbullah”ın döyüşə qatılacağına əminliyini ifadə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər