İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağına qarşı tammiqyaslı hücuma keçib.
Teleqraf.com xəbər verir ki, bunu İsrail müdafiə naziri Yoav Qallant deyib.
“Mən bütün məhdudiyyətləri aradan qaldırmışam, əraziyə nəzarət bizdədir və biz tam hücuma keçirik. HƏMAS Qəzzada dəyişiklik istəyirdi, düşündüyündən 180 dərəcə dəyişəcək. Peşman olacaqlar, Qəzza heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq”, - nazir bildirib.
Qallant heç kimə güzəşt olunmayacağını söyləyib:
“Kim baş kəsməyə, qadınları, Holokostdan sağ çıxanları öldürməyə gəlirsə, onu bütün gücümüzlə, güzəştə getmədən məhv edəcəyik.