İran Prezidenti İbrahim Rəisi ilə Səudiyyə Ərəbistanı taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salman telefonda Fələstin və İsrail arasındakı durumu müzakirə edib.
Teleqraf.com xəbər verir ki, İran prezidentinin müavini Məhəmməd Cəmşidi görüşün məzmunu ilə bağlı açıqlama verib.
Rəisi ilə Salman arasında 7 ildən - Tehranla Ər-Riyad arasında münasibətlərin bərpasından sonra ilk dəfə baş tutan 45 dəqiqəlik telefon danışığında Fələstindəki vəziyyət müzakirə olunub. İsrailə qarşı sərt ittihamlarla yadda qalan telefon danışığında Fələstinə dəstək nümayiş etdirilib.
Görüşdə İslam dünyasının birliyinin vacibliyi vurğulanıb, Qəzzaya hücumu davam etdirən Təl-Əvivə ABŞ-ın verdiyi dəstək tənqid olunub.