ABŞ və Qətər rəsmiləri İranın dondurulmuş 6 milyard dollarlıq vəsaitinə hələlik icazə verməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.
Qeyd olunub ki, ABŞ maliyyə nazirinin müavini demokrat konqresmenlərə “Amerika rəsmiləri və Qətər hökuməti HAMAS-ın İsrailə hücumu fonunda İrana humanitar yardım üçün 6 milyard dollarlıq hesaba giriş verməmək barədə razılığa gəliblər”, - deyə bildirib.
Əvvəllər bildirilirdi ki, Tehran bu aktivlərə İran və ABŞ arasında bağlanmış sazişlərin mübadiləsinə dair razılaşmalar çərçivəsində çıxış əldə edəcək.