16 Yanvar 2015 08:28
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın “Hizbullah” hərəkatı özünün hərbi arsenalı ilə bağlı maraqlı açıqlama ilə yenidən gündəmə gəlib. Hərəkatın lideri Seyyid Həsən Nəsrullah bildirib ki, təşkilat İran istehsalı olan və İsrail ərazisində hədəfləri vurmağa qadir “Fateh-110” raketlərinə 2006-cı ildən malikdir.

Teleqraf.com-un məlumatına görə, bununla bağlı “Frans Press” informasiya yayıb.

“Biz bu tip raketlərə 2006-cı ildən malikik”, deyə o qeyd edib.

Qeyd edək ki, “Hizbullah” bundan əvvəl İsrailin Suriyaya müdaxiləsinə cavab olaraq istənilən an hava zərbələri endirməyə hazır olduğunu bildirmişdi.


Müəllif:

Oxşar xəbərlər