Boliviyada güclü yağışlar selə səbəb olub.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, təbii fəlakət 13 insanın həyatına son qoyub. Bununla bağlı Boliviya müdafiə nazirinin müavini Oscar Kabrera açıqlama verib. Onun sözlərinə görə, sel 6000 evə ciddi ziyan vurub, yüzlərlə sakin bölgədən evakuasiya edilib. Kabrera fəlakətdən əziyyət çəkən vətəndaşlara 13,5 ton humanitar yardım göndərildiyini deyib.
Sinoptiklər isə güclü yağışların həftə sonunadək davam edəcəyini qeyd ediblər.
Samir