Bu gün İranın ballistik raket proqramı ilə bağlı bütün sanksiyalarının müddəti başa çatır.
Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Baqiri Qəni deyib.
Ölkə rəsmisi bildirib ki, oktyabrın 18-dən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi əsasında İrana qarşı tətbiq edilən bütün sanksiyalar dayandırılacaq.
Onun sözlərinə görə, İran artıq BMT Təhlükəsizlik Şurası çərçivəsində heç bir məhdudiyyətə məruz qalmır. Bu gündən etibarən aktivlərin dondurulması da daxil olmaqla 2231 saylı qətnamədə sadalanan fiziki və hüquqi şəxslərə qoyulan bütün sanksiyalar və bununla bağlı siyahı BMT-nin saytından silinəcək.