İsrailin Hayfa şəhərində ordunun Qəzzada keçirdiyi hərbi əməliyyatlara qarşı mitinq keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Haaretz”qəzeti məlumat yayıb.
Mitinq zamanı 3 nəfərin polis tərəfindən saxlanıldığı bildirilib.
Qeyd edək ki, bundan öncə hüquq-mühafizə orqanları HƏMAS-a dəstək məqsədilə hər hansı mitinqin keçirilməsinə icazə verilməyəcəyini açıqlamışdı