19 Oktyabr 2023 16:58
2 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın raket və pilotsuz təyyarələrin inkişafı proqramlarına qarşı yeni sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.

Qərara əsasən İran, Honq-Konq, Çin və Venesueladan olan 11 fiziki və 8 hüquqi şəxsə, eləcə də bir gəmiyə qarşı sanksiya tətbiq olunub.

Məlumatda həmçinin qeyd olunur ki, OFAC ABŞ Dövlət Departamenti ilə birlikdə raket, adi silahlar və PUA fəaliyyətləri ilə əlaqəli 8 fiziki və qurumu siyahıya alacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər