23 Oktyabr 2023 00:28
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya Prezidenti Yun Sok Yolun krallığa səfəri zamanı Koreya Respublikası və Səudiyyə Ərəbistanı arasında 15,6 milyard dollar dəyərində 51 anlaşma memorandumunun imzalanması planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya liderinin ofisinə istinadən məlumat yayıb.

Memorandumlar oktyabrın 22-23-də Ərəbistanda investisiya forumu və ölkələr arasında tikinti sahəsində əməkdaşlığın 50 illiyi mərasimi zamanı imzalanacaq. Sənədlər müxtəlif sənaye sahələrini, o cümlədən neft ticarəti, hidrogen enerjisi və qida sahələrini əhatə edir. Statistika idarələri arasında da memorandum imzalanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər