HƏMAS döyüşçüləri oktyabrın 7-də İsrailə hücumundan bir neçə həftə əvvəl İranda xüsusi döyüş təlimi keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadla “The Wall Street Journal” məlumat yayıb.
“HƏMAS və müttəfiqi “İslami Cihad”dan olan 500-ə yaxın döyüşçü sentyabrda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xarici əməliyyatlar bölməsi olan “Qüds briqadasının zabitlərinin rəhbərlik etdiyi təlimlərdə iştirak edib. Təlimə İranın yüksək rütbəli rəhbərliyi və “Qüds”ün komandiri, general İsmail Qəni də qatılıb”, - nəşr yazır.
HƏMAS hücumdan sonra İranın dəstəyini qeyd edərək, “Hizbullah” və Tehranın onlara silah, təcrübə və texnologiya ilə dəstək verdiyini bildirib.