Avropanın əksər ölkələrində yanvarın 7-dən başlayan "terrorçu ovu" davam edir.
Teleqraf.com-un məlumatına görə, bu gün Londonun Stansted hava limanında terror aktı hazırlamaqda şübhəli bilinən 18 yaşlı qız saxlanılıb.
Adı və milliyyəti barədə məlumat verilməyən qız saxlandıqdan sonra Londonun mərkəzi polis məntəqəsinə gətirilib.
Həmçinin, onun haradan Böyük Britaniyaya gəlməsi də hələ ki, məlum deyil.