APA-nın “Dumskaya.net” saytına istinadən verdiyi xəbərə görə, partlayış şəhər banklarından birinin qarşısında törədilib.
Yaxınlıqdakı binaların pəncərələri sınıb. İlkin məlumata görə, zərərçəkən olmayıb.
Məlum olduğu kimi, dekabrın sonu və yanvarın əvvəlində Odessada ardıcıl bir neçə partlayış baş verib. Yerli hüquq mühafizə orqanları partlayışları terror aktı kimi qiymətləndirib.