17 Yanvar 2015 09:19
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda insanlar Məhəmməd peyğəmbərin karikutarısını təsvir edən fransız satirik jurnalı Charlie Hebdo-ya etiraz əlaməti olaraq küçələrə axışıb.

Publika.az-ın məlumatına görə, Kəraçi şəhərində keçirilən etiraz aksiyası istisna olmaqla, nümayişlərin çoxu dinc keçib. Kəraçidə Fransa konsulluğunun önündə 200 etirazçı ilə polis arasında qarşıdurma baş verib.

Etirazçılar onları suvururan maşınlar və bibər qazı ilə dağıtmağa çalışan polisə daş atıblar. Fransa xəbər agentliyinin (AFP) fotoqrafı və üç digər insan xəsarət alıb.

Etirazçıların əksəriyyəti Cəmaəti-İslami siyasi partiyasının tələbə üzvləri olub.

Pakistan höküməti Parisdə ötən həftə 12 nəfərin ölümünə səbəb olan Charlie Hebdo jurnalına qarşı hücumları qınayıb. Lakin əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Pakistan xalqının böyük hissəsi jurnalın Məhəmməd peyğəmbərin karikaturasını təsvir etməsini İslama qarşı təhqir kimi görürlər.


Müəllif:

Oxşar xəbərlər