Səudiyyə Ərəbistanı baş nazirinin birinci müavini və müdafiə naziri Xalid bin Salman Əl Səud oktyabrın 30-da Vaşinqtona səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən bildirib.
Məlumata əsasən, nazir ABŞ administrasiyasının əsas rəsmiləri ilə məsləhətləşmələr aparacaq.
Bildirilib ki, krallığın müdafiə naziri Pentaqonun rəhbəri Lloyd Ostin, ABŞ dövlət katibi Entoni Blinken, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və bir neçə senatorla görüşəcək.