İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı İraqın Mosul yaxınlarındakı Nineva şəhərində həyata keçirilən daha bir edamın görüntülərini yayımlayıb.
Teleqraf.com Britaniya mətbuatına istinadən xəbər verir ki, bu dəfə terrorçuların qurbanı dörd homoseksual kişi və fahişəlikdə şübhəli bilinən qadın olub. İŞİD döyüşçüləri iki nəfəri yaşadığı hündürmərtəbəli binanın damından aşağı ataraq öldürüb. Digər iki kişini isə başından atəş açaraq edam edən döyüşçülər fahişə qadını daşlayaraq öldürüb. Fotolarda edam zamanı şəxslərin üzünün və əllərinin bağlı olması görünür.
Samir