2 Noyabr 2023 08:00
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden bütün ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika liderinin bəyanatında deyilir.

Bu qərarın kütləvi qırğın silahlarının yayılması riski ilə əlaqədar verildiyi vurğulanır.

Qeyd edək ki, 1994-cü il noyabrın 14-də ABŞ-nin keçmiş prezidenti Bill Klinton ölkədə fövqəladə vəziyyət elan edilməsi haqqında 12 938 saylı fərman imzalayıb. Sənəd kimyəvi, bioloji və nüvə silahlarının yayılması təhlükəsi ilə əlaqədar hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər