6 Noyabr 2023 11:23
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın hazırkı prezidenti Co Bayden 6 əsas ştatdan 5-də qarşıdan gələn seçkilərlə əlaqədar mübarizədə əsas rəqibi Donald Trampa uduzur.

Teleqraf.com xəbər verir ki, bunu “Nyu-York Tayms” qəzetinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Nəticələr göstərir ki, Bayden demək olar bütün əsas ştatlarda Trampdan geri qalır. Həmin ştatlarda nə Demokratlar, nə də Respublikaçılar ənənəvi və ya sabit dəstəyə malikdirlər. Bu bölgələrdən gələn səslər iki partiyaya münasibətdə bir növ “ümumamerikan barometri” hesab olunur.

Tramp Arizona, Corciya, Miçiqan, Nevada və Pensilvaniya ştatlarında Baydeni 3-10 faiz üstələyir. Hazırkı prezident yalnız bir ştatda – Viskonsində rəqibi üzərində üstünlüyünü saxlayır.

Bayden qalib gəldiyi 2020-ci il seçkilərindən əvvəl qeyd olunan 6 ştatın hamısında daha yüksək reytinqlərə malik idi.

Rəyi soruşulan seçicilərin fikrincə, Baydendən narazılıqlarının əsas səbəbi Amerika iqtisadiyyatının məyusedici vəziyyətidir. Amerikalıların bir çoxu hazırkı prezidentin siyasətlərinin onlara zərər, Trampın prezidentliyi dövründəki siyasətlərin isə əksinə, onlara fayda verdiyini iddia edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər