6 Noyabr 2023 16:20
11 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail-HƏMAS savaşı davam edərkən, ABŞ dövlət katibi Entoni Blinkenin diplomatik trafiki dünya mətbuatının gündəmindədir.

Teleqraf.com xəbər verir ki, Fransanın AFP xəbər agentliyi bundan əvvəl İraq, Fələstin və İsrailda olan Blinkenin Türkiyə səfəri ilə bağlı təhlil dərc edib.

“Blinken Türkiyənin qəzəbini soyutmağa çalışır” adlı təhlildə ABŞ dövlət katibinin Ankaradakı təmaslarının çətin olduğunu bildirib.

Ankaranı Vaşinqtonun ən strateji, amma çətin müttəfiqlərindən biri kimi xarakterizə edən AFP yazır ki, Blinken Qəzzada axan qanla bağlı Türkiyənin qəzəbini sakitləşdirməyi hədəfləyir.

Dövlət katibinin oktyabrın 7-dən bəri ilk dəfə Ankaraya səfər etdiyini vurğulayan fransız agentliyi Türkiyədə həm İsrailə, həm də Qərbə qarşı qəzəbin küçələrə sıçradığını vurğulayıb.

AFP ötən həftə sonu Adanada İncirlik bazası qarşısında keçirilən etiraz aksiyasını xatırladaraq, Prezident Rəcəb Tayyib Ərdoğanın Blinkenin səfəri gününə olan proqramına diqqət çəkib. Agentlik qeyd edir ki, Blinkenlə görüşü nəzərdə tutulmayan Ərdoğan ABŞ-ın baş diplomatını ciddiyə almayaraq, həmin gün ölkənin ucqar şimal-şərqinə gedib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər