6 Noyabr 2023 20:36
13 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzə hazırlaşır, qış başlamazdan əvvəl hava hücumundan müdafiəni gücləndirməklə təkcə Kiyevin yox, digər regionların da hədəfdə olduğunu göstərir. Rusiya bu məqsədlə dəqiq raket ehtiyatını işğal başlamazdan əvvəl olduğu səviyyəyə qaytara bilib.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

Onun sözlərinə görə, qarşıdakı qış keçən ilkindən asan olmayacaq:

“Söhbət təkcə zenit və raket əleyhinə müdafiə sistemlərimizin imkanlarının artırılmasından yox, həm də düşmənin aqressiyasını genişləndirməsinə və yeni zərbələrinə hazırlıqdan gedir. Ona görə də bu qışın daha asan keçəcəyini deyə bilmərəm”.

General qeyd edib ki, Rusiya hücumu genişləndirmək planına uyğun olaraq PUA və X-101/555 tipli idarəolunan raket ehtiyatı formalaşdırır:

“Toplanma davam edir. Eyni zamanda, Rusiya X-101 kimi daha dəqiq raketlərin istehsalını genişləndirir. Bu raketlərin ehtiyatı müharibənin başlanğıcı səviyyəsinə çatdırılıb”.

Romanenko əlavə edib ki, Rusiya lideri Vladimir Putin mütəmadi olaraq strateji nüvə qüvvələrinin təlimlərini keçirərək bütün dünyaya “ölkəsinin gücü”nü xatırlatmağa davam edir. Onun fikrincə, bütün bu faktlar Rusiyanın Ukraynaya qarşı aqressiyasını genişləndirəcəyindən xəbər verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər