Türkiyənin Fələstin məsələsində qarant ölkə olmasının reallaşması istiqamətində səylər davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (Ak Parti) sözçüsü Ömər Çelik mətbuat konfransında bildirib.
O qeyd edib ki, dünya İsrailin Qəzzada həyata keçirdiyi əməliyyata dur deməlidir.
Ömər Çelik onu da vurğulayıb ki, Türkiyə Qəzzanın fələstinlilərdən boşaldılmasına icazə verməyəcək.
“Hesablamalarımıza görə, Qəzzaya hər gün ən azı 500 humanitar yardım yüklü maşın girməli olsa da, 32 gündə cəmi 450 yük maşını daxil olub”, - o deyib.