Türk ordusu Şimali İraqda hava əməliyyatı keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.
“Kandil və Garaya qarşı həyata keçirilən hava əməliyyatlarında aralarında yüksək səviyyəli terrorçular da daxil olmaqla çox sayda terrorçu zərərsizləşdirilib, PKK-ya aid 12 hədəf məhv edilib” – deyə paylaşımda qeyd olunub.