İsrail hərbçiləri oktyabrın 7-dən indiyədək ölkə ərazisinə 9 500 raketin buraxılmasını qeydə alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
"Hava hücumundan müdafiə qüvvələri qorunan ərazilərdə yüzlərlə raketi ələ keçirib və quru qoşunlarının Qəzza zolağına daxil olmasından sonra bu, nəzərəçarpacaq dərəcədə azalıb”, - deyə bildirilir.
Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər saatlarından Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib.