10 Noyabr 2023 09:16
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə Qüvvələri ilk dəfə döyüşdə “Arrow-3” raketdən müdafiə sistemindən (İvrit dilində "Hetz-3" kimi tanınır) uğurla istifadə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, raket Qırmızı dəniz üzərində səmada hava hədəfini tutmaq üçün istifadə edilib. Noyabrın 9-u axşam saatlarında İsrailə yönələn hədəf ələ keçirilib.

"Bu, “Arrow-3” sistemi tərəfindən 2017-ci ildə işə salınandan bu günə kimi ilk operativ müdaxilədir. Nailiyyət “Arrow-3” sistemi tərəfindən keçən həftə həyata keçirilən ilk operativ müdaxilənin son uğurundan sonra əldə olunub", - məlumatda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər