Florida ştatı Senatında (ABŞ) keçirilən dinləmələrdə Qəzzada zorakılığın azaldılmasına çağırış edilib.
Teleqraf.com xəbər verir ki, regional Senatın üzvü Enci Nikson Qəzza zolağında atəşkəs çağırışı edərkən göz yaşlarına hakim ola bilməyib.
Nikson həmkarlarına göz yaşları içində müraciət edib:
“Ən azı 10 min fələstinli öldürüldü, sizə neçəsi bəs edər?”
Senator çıxışına davam edərkən, Respublikaçılar Partiyasının nümayəndəsi Mişel Salzman ona “Hamısı ölməlidir” cavabını verib.
Nikson Salzmanın sözlərinə istinad edərək bildirib:
“Bu yerə necə gəlib çıxdıq? Yəni ilk doğum günü şamını üfürmək şansı olmayan məsum körpələr vecimizə deyil?”