İŞİD döyüşçüləri Mosulda kürd əsilli 25 İraq vətəndaşını saxlayıblar. Teleqraf.com-un məlumatına görə, bu barədə “Peşmerge” güclərinin mətbuat məsulu Səid Memuzini açıqlama verib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin hara aparııdığı bəlli deyil. Memuzini Mosulda yaşayan kürd xalqının bölgədən qaça bilmədiklərini və İŞİD ünsürlərinin hərəkətləri səbəbindən "səfil və pərişan" olduqlarını söyləyib.
Bu arada İŞİD-in öz qüvvələrini şimal-şərq istiqamətində cəmləşdirərək, Kürdüstan muxtariyyətinə hücuma hazırlaşdığı bəlli olub.
Nail Cəlil