10 Noyabr 2023 22:57
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı oktyabrın 7-də İsrailə hücuma görə Həmas nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.

Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə 27 icma ölkəsinin xarici işlər nazirlərinin noyabrın 13-də keçiriləcək görüşü ərəfəsində jurnalistlərə deyib.

“Biz HƏMAS-a qarşı əlavə tədbirlərə açığıq. Bu, şəxslərin qara siyahıya salınmasını da əhatə edə bilər”-deyə, o bildirib.

Diplomatın sözlərinə görə, noyabrın 13-də xarici işlər nazirlərinin görüşündə Yaxın Şərqdəki vəziyyət diqqət mərkəzində olacaq:

“Qəzza müharibəsində baş verənlərə və Aİ-nin orta müddətli perspektivdə hansı addımı atacağına dair nazirlər tərəfindən qiymətləndirmə aparılacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər