Çin lideri Si Cinpin son 6 ildə ilk dəfə ABŞ-a səfər edib.
Teleqraf.com xəbər verir ki, onun San-Fransiskoda ABŞ Prezidenti Co Baydenlə görüşü nəzərdə tutulub.
Çin lideri Amerikaya “Air China” təyyarəsi ilə gəlib. Cinpini hava limanında ABŞ rəsmiləri, bu ölkənin maliyyə naziri Canet Yellen qarşılayıb.
Çin liderinin gündəmindəki əsas hadisə Baydenlə görüşü olacaq. “Röyter” yazır ki, görüş zamanı ABŞ tərəfi ölkələr arasında münasibətləri yumşaltmağa çalışacaq.
Cinpin Amerikaya Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunun sammitində iştirak etmək üçün gəlib.