İsrail Qəzzada və bütün dünyada HƏMAS liderlərini "ovlayacaq".
Teleqraf.com xəbər verir ki, bunu İsrailin Müharibə Kabinetinin naziri Benni Qantz deyib.
“Müqəddəs şəhərlər, ziyarətgahlar olmayacaq. Uşaq qatillərinin kökünü kəsmək üçün lazım olan yerə gedəcəyik, ya yerin üstündə, ya altında olsun – fərqi yoxdur. Qəzzada və bütün dünyada. Hökumət mərkəzlərinə çatdığımız kimi hökumət başçılarına da çatacağıq”, - nazir bildirib.
İsrail Müdafiə Qüvvələri hazırda Qəzzanın ən böyük xəstəxanası, İsrail və ABŞ-ın HƏMAS-ın hərbi infrastruktura malik olduğunu bildirdiyi “Əl-Şəfa” xəstəxanasının bir hissəsində yerləşib.
“İsrail Müdafiə Qüvvələrinin hərbçiləri Qəzza şəhərinin dərinliklərində xəstəxanaları hərbi cinayətlərin törədildiyi komanda mərkəzlərinə çevirənlərə qarşı əməliyyatlarını davam etdirirlər”, - Qantz vurğulayıb.