İran zənginləşdirilmiş uran ehtiyatını 60 faizə çatdırıb. Sentyabrın 5-də açıqlanan son hesabatdan sonra saf uranın həcmi 6.7 kq artaraq 128.3 kq-a çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
“İranın zənginləşdirmə işində çox yüksək səviyyələrdə irəliləyişi davam etdirməsi, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) ilə əməkdaşlıq etməməsi həm bu quruma, həm də Tehranı dəfələrlə kursu dəyişməyə çağıran Qərbə problem yaradır”, - məlumatda deyilir.
Agentlik İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran ehtiyatının olduğunu iddia edir. Amma İran bu nüvə silahı əldə etmək istəmədiyini bildirir. AEBA-nın məlumatına görə, İran üç nüvə bombası hazırlaya biləcək qədər uran ehtiyatı toplayıb.
Uranın zənginləşdirilməsi sürəti ayda təxminən 3 kq-a qədər azalıb, halbuki bu ilin əvvəlində bu rəqəm 9 kq səviyyəsində idi. Diplomatların fikrincə, bu, ABŞ-la dolayısı danışıqların nəticəsidir.
“ABŞ və Avropa müttəfiqləri əvvəllər İranı sanksiyalarla hədələsələr də, diplomatlar bu dəfə bunun baş verməyəcəyini deyirlər. Səbəblər arasında İsrailin Qəzzada HƏMAS-la münaqişəsi diqqət mərkəzində olarkən, İranla diplomatik eskalasiyanın qarşısını almaqdır”, - agentlik qeyd edir.