Rusiya gecə saatlarında Ukrayna ərazisinə “Şahid” tipli PUA-lar (İran istehsalı) və raketlərlə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
“Rusiya işğalçıları bu gecə 4 S-300 zenit raketi, 1 “İskəndər-K” qanadlı raketi və 11 “Şahid” tipli hücum PUA-larından istifadə etməklə Ukraynaya növbəti dəfə zərbə endirib”, - məlumatda deyilir.
Ukraynanın hərbi aviasiyası “İskəndər-K” qanadlı raketini və 10 hücum PUA-sını məhv edib.
Zərbələr nəticəsində Donetsk vilayətinin Selidov şəhərindəki mərkəzi şəhər xəstəxanası, “Kotlyarivska” mədəninin binası və digər mülki infrastruktur dağılıb və zədələnib.