Yəməndən qanadlı raketlər İsrailin cənubundakı Eylat şəhərində müxtəlif hərbi hədəflərə atılıb.
Teleqraf.com xəbər verir ki, husilərin hərbi nümayəndəsi Yəhya Sariya məlumatı təsdiqləyib.
Husilər son həftələr dəfələrlə İsrailə raket və dronlarla hücum etməyə cəhd ediblər. Noyabrın 15-də son hücumda onlar Eylat da daxil olmaqla, bir neçə hədəfə ballistik raketlər atıblar. İsrail Ordusu bildirib ki, hava hücumundan müdafiə sistemi Yəməndən Qırmızı dəniz üzərindən atılan raketi ələ keçirib.