ABŞ hərbi qüvvələri Yəməndən “Husilər” tərəfindən buraxılan bir neçə pilotsuz uçan aparatı vurub.
Teleqraf.com xəbər verir ki, dronlar Qırmızı dənizdə patrul xidməti aparan ABŞ gəmilərini hədəfə alıb.
Gəmi və ekipaj ziyan və ya xəsarət almayıb.
İsrail-HƏMAS müharibəsi başlayandan bəri ABŞ “Husilər” tərəfindən yəhudi dövləti istiqamətində atılan bir neçə raketi vurub.
“Husi” yaraqlıları İran tərəfindən dəstəklənir.