Şimali Koreya Cənubi Koreya ilə 2018-ci ildə imzaladığı hərbi gərginliyin azaldılması sazişini ləğv etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Şimali Koreya Müdafiə Nazirliyinin açıqlamasında razılaşmaya görə dayandırılan bütün hərbi tədbirlərin yenidən tətbiq olunacağı bildirilib.
Rəsmi Pxenyan Seulu BMT Təhlükəsizlik Şurasının iclasında razılaşmanın bir çox maddəsini qüvvədən salmaqda ittiham edib.
Anlaşmanın adi kağızından fərqli olmadığı iddia edilən açıqlamada razılaşma səbəbiylə dayandırılan bütün hərbi tədbirlərin yenidən tətbiq ediləcəyi vurğulanıb.
Şimali Koreya ordusunun artıq sözügedən razılaşmaya əməl etməyəcəyi, iki ölkə arasındakı hərbi sərhəd xəttinə daha güclü silahlı qüvvələrin və yeni hərbi texnikaların yerləşdiriləcəyi qeyd edilib.