Şənbə günü azad ediləcək Qəzza zolağında saxlanılan girovların ikinci qrupuna 13 nəfər daxil olacaq.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Rafael Rafovitz bildirib.
"Söhbət İsrail həbsxanalarından azad olunacaq 39 terrorçunun müqabilində 13 girovdan gedir”- deyə sözçü açıqlayıb.
Noyabrın 22-də İsrail və HƏMAS Fələstin hərəkatının dörd günlük atəşkəs müqabilində 50 qadın və uşaq girovu azad edəcəyi barədə razılığa gəlib.