Fələstinin HƏMAS radikal hərəkatının hərbi qanadı Qəzza zolağından olan ikinci qrup israilli girovları Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fələstinin Əl-Əqsa telekanalı məlumat yayıb.
“Əl-Qəssam Briqadaları sionist girovların ikinci qrupunu Xan Yunisdə Qırmızı Xaç təşkilatına təhvil verməyə başlayır”, - deyə məlumatda bildirilir.
Bir gün əvvəl HƏMAS-ın hərbi qanadı İsrailli girovların ilk qrupunu Qırmızı Xaç əməkdaşlarına təhvil verib.