Şimali Osetiyanın Alaqir şəhərinin meri German Qaqiyevin qardaşı, 34 yaşlı Alan Qaqiyevi güllələyiblər.
Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Telekanalın məlumatına görə, Alan aptekdən çıxarkən qara rəngli “Mercedes” binaya yaxınlaşıb. İki naməlum şəxs Qaqiyevə bir neçə dəfə atəş açıb.
O, ağciyərindən, qolundan, ayaqlarından və budundan ağır yaralanıb. Qaqiyev reanimasiya şöbəsinə yerləşdirilib.
Əməliyyatçılar təcavüzkarları yaxalaya bilmədilər. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edənlərdən birinin 30 yaşında olduğunu müəyyən ediblər. Qaqiyevin hansı səbəbdən güllələnməsi hələ də məlum deyil.