27 Noyabr 2023 23:25
2 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun əks-hücumunun uğursuzluğu və Rusiyanın hücumunun intensivləşməsi səbəbindən Qərbdə güzəştə, işğal olunmuş əraziləri Rusiyaya verməyə çağıran səslər getdikcə çoxalır. Amma bu səslər yanlış fikirdən irəli gəlir ki, Vladimir Putin mövcud status-kvonu möhkəmləndirməklə kifayətlənəcək və bu və ya digər formada təcavüzü davam etdirməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Foreign Policy” Ukraynaya silah tədarükü ilə bağlı durumu və Kiyevə güzəştə müraciətlərini təhlil edərkən yazır.

Nəşr qeyd edir ki, Qərb ölkələrinin praktikada strategiyası qətiyyətli qələbə yox, Ukraynanın salamat qalmasını təmin etməkdir. Mənbə qeyd edir ki, indi Qərbdə Rusiyanın qalib gələcəyindən çəkinənlər çoxdur, buna görə də gec olmadan Ukraynanın güzəştə getməyinin vaxtının çatdığını düşünürlər.

“Ukraynadakı, hər şeydən əvvəl Rusiyadakı reallıq onu göstərir ki, danışıqlar variantı mövcud deyil. Danışıqların tərəfdarları düşünürlər ki, Putin qələbə qazana bilməyəcəyini qəbul edəcək, indiyədək əldə etdiyi ərazilərlə kifayətlənəcək. Amma Putinin danışıqları ürəkdən qəbul edəcəyi və müharibəyə son qoymağa çalışacağı fikri müharibənin hökuməti üçün qazandırdığı strateji rolu gözardı edəcək”, - təhlildə qeyd olunur.

Nəşr vurğulayır ki, Rusiya təbliğatı “Ukraynada nasistlərə qarşı mübarizə hekayəsi”ndən uzaqlaşıb, indi müharibəni “kollektiv Qərbin hücumuna qarşı vətənin müdafiəsi” kimi təqdim edir. Belə bir hekayə, nəşrin müəlliflərinin fikrincə, Kreml üçün müharibənin davam etməsi deməkdir, çünki Putinin özü müharibənin dayandırılmasından heç nə qazanmayacaq.

“Qərb müharibə ilə kompromis yox, məğlubiyyətlə qələbə arasında seçim qarşısındadır. Qərbin getdiyi trayektoriya - hazırkı dəstək səviyyəsini saxlamaq və ya danışıqlarda israrlı olaraq onu azaltmaq məğlubiyyət şansını artırır. Belə bir məğlubiyyət yalnız Ukrayna ilə məhdudlaşmayacaq. Qalib Rusiya ilhaq edilmiş beş vilayətin işğalı və bu vasitəsilə Kiyev üzərində siyasi təsir və ya nəzarətlə məhdudlaşmayacaq”, - nəşr bildirir.

Təhlilinn müəllifləri iddia edirlər ki, Ukraynadakı qələbədən sonra Rusiya mütləq Moldova, Litva, Latviya, Estoniya və Polşaya da təhlükə yaradacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər