27 Noyabr 2023 17:50
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hökuməti Livan və Yəməndə İranın dəstəklədiyi terror qruplaşmalarının təxribatlarına daha sərt cavab verməlidir.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin keçmiş xarici işlər naziri, müxalif “Yisrael Beytenu” Partiyasının sədri Aviqdor Liberman deyib.

Sabiq nazir “Hizbullah” terror təşkilatının İsrailin şimal bölgəsini tez-tez hədəfə almasını “qəbuledilməz” adlandırıb.

Liberman əlavə edib ki, İsrail “Hizbullah”ı sərhəd bölgəsindən geri çəkilməyə məcbur etməlidir.

“İsrail dövləti yumruq torbası ola bilməz, “Husilər”lə əlaqədar baş verən hər şey dözülməzdir”, - keçmiş nazir vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər