28 Noyabr 2023 12:25
1 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Materik Çin Tayvanla sülh yolu ilə birləşmək üçün geniş imkanlar yaratmağa hazırdır. Amma Tayvanın müstəqilliyinə yönəlmiş separatçı fəaliyyətlərə dözməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Çin hakimiyyətinin nümayəndəsi Çen Binxua deyib.

“Vurğulamaq istəyirəm ki, Tayvanın müstəqilliyi müharibə deməkdir. Çin səbir və mərhəmət göstərməyəcək. Tayvanın müstəqilliyini təşviq edən prosesləri təhrik etməyə cəsarət etsələr, Çin buna dözməyəcək və yumşaq davranmayacaq”, - Binxua vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər