29 Noyabr 2023 15:36
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzzadakı bacı-qardaşlarımız bəşər tarixinin ən xain hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qəzzadakı məscidlər bombalanıb. Məktəblər xarabalığa çevrilib. Onların sığındıqları qaçqın düşərgələri qəsdən hücumların hədəfinə çevrilib. Netanyahu artıq öz adını "Qəzzanın qəssabı" kimi tarixə yazdırıb”, - Ərdoğan vurğulayıb.

Prezident qeyd edib ki, Türkiyə bəzi qərb ölkələrinin reaksiya verməməsini unutmayacaq: "Onları məsuliyyətə cəlb etmək üçün hər cür cəhd edəcəyik. Qəzzada olan qardaş və bacılarımızı bütün gücümüzlə dəstəkləyirik".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər