29 Noyabr 2023 16:58
4 864
12 Punto 14 Punto 16 Punto 18 Punto

“HƏMAS-la müharibə bitdikdən sonra Qətərlə də hesablaşacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Coşua Zarka deyib.

“İsrail hələlik münaqişədə vasitəçilik edən Qətərlə fikir ayrılıqlarını bir kənara qoyub. Amma Qəzzada müharibə bitdikdən sonra hesablaşacağıq”, - ölkə rəsmisi bildirib.

Zarka bu barədə Qətərin HƏMAS-ın fəaliyyətinə ev sahibliyi etməsi və bunu qanuniləşdirməsi ilə bağlı oynadığı rol haqda danışarkən söyləyib.

Qətər, ABŞ və Misir son günlər Qəzzada atəşkəsin təmin edilməsi və uzadılması, eləcə də əsir-məhbus mübadiləsini təmin etmək üçün intensiv danışıqlar aparır. Körfəz ölkəsi həm də İsraillə savaşda olan HƏMAS-a ev sahibliyi edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər