20 Yanvar 2015 03:04
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə “quş qripi”nə (H5N1) yoluxanların və bu xəstəlikdən dünyasını dəyişənlərin sayı artmaqda davam edir. Belə ki, bu virusa yoluxma nəticəsində bu gün daha bir nəfər dünyasını dəyişib.

Teleqraf.com-un BBC-yə istinadən məlumatına görə, ilin əvvəlindən ölkədə “quş qripi”ndən ölənlərin sayı 5-ə çatıb.

Bu fakt Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir. Qeyd olunur ki, əgər keçən il ərzində Misirdə virusa yoluxanlardan 11 nəfər vəfat etmişdisə, bu ilin ilk ayında ölənlərin sayı artıq 5-ə çatıb. Ölkədə “quş qripi”nə yoluxma hallarına əsasən kənd yerlərində rast gəlinir.


Müəllif:

Oxşar xəbərlər