2 Dekabr 2023 17:06
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurasının Somaliyə tətbiq etdiyi silah embarqosunun ləğvi ilə bağlı qərarı ilə ölkə artıq ehtiyac duyduğu bütün silahları almaqda azaddır.

Teleqraf.com xəbər verir ki, bunu Somali Prezidenti Həsən Şeyx Mahmud deyib.

Mahmud xalqa müraciətində tarixi qərarın ölkə daxilində aparılan terrorla mübarizəyə mühüm töhfə verəcəyini bildirib.

Prezident vurğulayıb ki, indi bütün dünya Somalidə silahlara nəzarət edə bilən məsuliyyətli bir hökumətin olduğunu qəbul edir:

“Bu gün istədiyimiz silahları almaqda azadıq və onları dünyanın istənilən yerindən ala bilərik”.

BMT Təhlükəsizlik Şurası bundan əvvəl 1992-ci ildən Somaliyə tətbiq etdiyi silah embarqosunu ləğv edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər