Birləşmiş Ştatlar Qəzza zolağında humanitar fasilənin bərpası üçün səylər göstərir.
Teleqraf.com RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris Dubayda BMT-nin iqlim forumunda keçirdiyi mətbuat konfransında deyib:
"Biz hərbi əməliyyatlarda fasilənin bərpası üçün səyləri dəstəkləmək üçün işləməyə davam edirik".
Vitse-prezident izah edib ki, səylərin əsas məqsədi Qətər hakimiyyəti ilə koordinasiyada daha çox girovu xilas etməkdir.