Antarktika pinqvinləri izdihamlı, səs-küylü şərtlərdə yumurta və balalarını gecə-gündüz qorumalıdırlar. Amma gündə minlərlə dəfə yatırlar, cəmi dörd saniyə oyaq qalırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə “Science” yazır.
Gündə təxminən 11 saat davam edən bu mikro yuxular onları bir neçə həftə ayıq saxlamaq üçün kifayətdir.
“Bu pinqvinlər yuxulu sürücülərə bənzəyirlər, gözlərini açıb-bağlayırlar, bunu gecə-gündüz edirlər. Həftədə yeddi gün və bir neçə həftə ardıcıl olaraq. Təəccüblü olan budur ki, normal fəaliyyət göstərə bilirlər, balalarını uğurla böyüdürlər”, - Almaniyanın Maks Plank Bioloji Araşdırmalar İnstitutunun tədqiqatçısı Nils Rattenburq deyib.