6 Dekabr 2023 10:27
1 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın köməyi olmadan Ukrayna müharibəni uduza bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatı rəhbəri Andrey Yermak deyib.

Ölkə rəsmisi ABŞ Konqresini Ukraynaya əlavə maliyyə ayrılmasını təsdiqləməyə çağırıb.

“Konqresdə müzakirə olunan yardım gecikirsə, qəbul olunmayacağını demirəm, bu, bizi indiki vəziyyətdə olmaq riski ilə üz-üzə qoyacaq. Çox güman ki, ərazilərin azad edilməsini davam etdirməyi qeyri-mümkün edəcək, müharibəni uduzmaq üçün böyük risk yaradacaq”, - Yermak bildirib.

Aparat rəhbəri əlavə edib ki, Ukraynanın təkcə hərbi yardıma yox, həm də büdcə dəstəyinə ehtiyacı var:

“Ukrayna gələn il üçün planı yekunlaşdırmaq üçün tərəfdaşlarla işləyir. Mümkün qədər tez qalib gəlmək istəyirik, çünki iki il bitir artıq, iki il çox vaxtdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər